Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycan ərazisində qeydə alınan zəlzələ barədə məlumat yayıb.

Mərkəzdən Milletinsesi.az-a verilən məlumata görə, yerli vaxtla saat 09:27-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.7, dərinliyi 62 km olan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

Share: