62 ildən sonra Almaniya Türkiyədən işçi alacaq.
Millətin Səsi.az xəbər verir ki , pandemiya zamanı hava limanlarında çalışan minlərlə işçisini itirən Almaniya, həll yolu olaraq Türkiyədən müvəqqəti “qonaq işçilər” gətirmək istəyir .
Almaniyanın Nəqliyyat Naziri Volker Wissing, Daxili İşlər Naziri Nancy Faeser və Əmək Naziri Hubertus Heil bu mövzuda həmfikir olduqlarını ifadə ediblər . “Bild am Sonntag” qəzetində yer alan xəbərə görə, iyul ayından etibarən mindən çox işçi bu mövzuda vaxt itirmədən “qonaq işçi” statusu ilə işə götürüləcək.