Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist-etnoqraf, çoxsaylı kitabların müəllifi Ənvər Çingizoğlu (Fərəcov) gecə saatlarında dünyasını dəyişib.
Millətin Səsi.az xəbər verir ki, Ənvər Çingizoğlu 60 yaşında, ürək xəstəliyindən vəfat edib.
Qeyd edək ki, Reyting.az-da müəllif yazıları ilə çıxış edən Ə. Çingizoğlu AzTV-nin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
Mərhum həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.
Ə. Çingizoğlu Füzuli rayonunda dəfn olunacaq.
Allah rəhmət eləsin!