Rusiyanın fövqəladə hallar nazirinin keçmiş müavini Andrey Quroviç vəzifə cinayətləri törətməkdə şübhəli bilinərək Moskvada saxlanılıb.
Milletinsesi.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları bildirib.
Qeyd olunub ki, Andrey Quroviç nazir müavini işlədiyi dönəmdə vəzifə cinayəti törətməkdə şübhəli bilinir. Buna görə də o, barəsində həbs qətimkan tədbiri seçilənədək 48 saat müddətinə saxlanılıb.
Onun adı Rusiyanın Murmansk şəhərində koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədi ilə tikilən hospitalla bağlı cinayət işində hallanır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Andrey Quroviçi bu il mayın 25-də tutduğu vəzifədən azad edib.
Keçmiş nazir müavininin 48 yaşı var. O, bu vəzifəni 2018-ci il iyunun 4-dən icra edib. 2015-ci il mayından Moskva Federal Xəzinədarlıq İdarəsinə rəhbərlik edib.