ABŞ-da Bayden administrasiyası Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına müsbət rəy vermək niyyətindədir.
Millətin Səsi.az xəbər verir ki, məsələ Konqresin aşağı palatasında müzakirə edilib. Müzakirə zamanı Rum-Kıbrıs lobbisinə yaxınlığı ilə tanınan demokrat millət vəkilləri əks mövqe nümayiş etdirməyib . Hətta Yunan lobbisinə yaxın olan Demokratik Nümayəndələr Palatasının üzvləri olan yunan əsilli Chris Pappas və İtaliya əsilli Frank Pellone, F-16-ların Türkiyəyə satışını çətinləşdirmək üçün hazırladıqları iki ayrı qanun layihəsindən birini geri götürüblər. Digəri isə yenidən nəzərdən keçirilir.
Qeyd edək ki, F-16-ların Türkiyəyə satışı ilə bağlı geri götürülmüş qanun layihəsində yenidən işlənmiş qanun layihəsi ilə müqayisədə daha ağır şərtlər var idi.
M.