Yevlaxda polislərin avtomobili Kürə düşdü: ölən var

Yevlaxda polislərin olduğu avtomobil Kür çayına düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milletinsesi.az-a bildirilib ki, bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan “Fiat” markalı xidməti avtomobil Kür çayına aşıb.

Hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

***

“Fiat” markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib.

Share: