Çempionlar Liqası: Mahir Emrelinin komandası mübarizəyə başlayır

“Report”un məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək.

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda İsveçrə “Sürix”i ilə üz-üzə gələcək. Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) komandası Xorvatiyada Şimali Makedoniyanın “Şkupi” kollektivini sınağa çəkəcək.

“Lüdoqorets” Bolqarıstanda İrlandiya “Şemrok Rovers”i ilə, “Midtüllann” isə Danimarkada Kiprin AEK (Larnaka) komandası ilə görüşəcək.

19 iyul

UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi

İlk oyunlar

20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)

20:00. “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

20:00. “Jalgiris” (Litva) – “Malmö” (İsveç)

21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)

21:45. “Midtüllann” (Danimarka) – AEK (Larnaka, Kipr)

22:45. “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç)

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya)

Share: