Sızanaqları yox edir, dərini parıldadır

Kartof, limon və balın qarışığının üz üçün nə qədər faydalı olduğunu bilirdinizmi?

Milletinsesi.az xarici KİV-ə istinadən bu barədə məlumat verir:

Kartof və limonda dəriyə təsir göstərən parıltılı maddələr var. Bal isə dərini nəmləndirməyə kömək edir. Dilimlənən kartofun üzərinə limon sıxaraq hazırlanan məhlulu üz dərisində 15 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Bu, dərini işıltılı və cazibədar edir.

 

Zeytun yağı və süd maskası da təsirlidir. Bunun üçün bir kartofu rəndələyin, üstünə bir yemək qaşığı zeytun yağı əlavə edin. Bir fincan süd də qatmaq olar. Bunları qarışdıraraq, hazır məhlul halına gətirdikdən sonra üz dərisinə çəkmək lazımdır. Bu, dərinin cavan qalmasına kömək edir.

Kartof dilimlərindən hazırlanan maskalar üzdə olan sızanaqları da azaldır.

 

Share: