“Rusiya təhlükəli qaz təchizatçısıdır”

Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz.

Millətin Səsi.az  xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts bildirib.

Kansler Rusiyanı təhlükəli qaz təchizatçısı hesab edir. Onun sözlərinə görə, gələcəkdə təchizat indikindən daha təhlükəsiz olmayacaq.

“Biz ölkə olaraq bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti qaz ehtiyatlarının və tədarükünün azalması ilə əlaqədar həyəcan rejimini işə salmışdı. Eyni zamanda ölkədə qazın qiyməti qalxıb.

Report.az

Share: