Avropa İttifaqının dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi (EMA) böyüklər üçün meymunçiçəyinə qarşı “Imvanex” peyvəndindən geniş istifadəyə icazə verib.
“Report” xəbər verir ki, bu barədə agentliyin bəyanatında deyilir.
Dərman 2013-cü ildən Aİ-də çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilmişdir.
Agentlik öz tövsiyələrini “Imvanex”in insanlarda meymunçiçəyinin qarşısının alınmasında təsirli olduğunu göstərən bir neçə araşdırmanın məlumatlarına əsaslandırıb.
Mütəxəssislərin fikrincə, dərmanın yan təsirləri yüngül və orta dərəcədədir və ondan istifadənin faydası risklərdən daha çoxdur. Bu tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara lazımi dəyişikliklər ediləcək.