Ramil Usubov yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Report-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Balakən Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini polkovnik-leytenant Qədim Həsənov vəzifəsindən azad edilib.

O, digər əmrlə Şəmkir RPŞ-nin Zəyəm Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

 

Share: