Vilayət Eyvazov bu rayona DYP rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.
Millətin Səsi.az  Unikal”a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Tərtər rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin olunub. Polis mayoru İldırım Alıyev Tərtər rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.
Buna qədər o, Daşkəsən RPŞ Dövlət Yol  Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Share: