Aztəminatlı ailələr üçün vergi güzəşti nəzərdə tutulmayıb

Abşeron rayonunda mülkiyyətində olan binada yaşayan aztəminatlı ailəyə Vergi Məcəlləsinə əsasən əmlak vergisi tətbiq edilirmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının ərazisində xüsusi mülkiyyətində tikililər olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir. Fiziki şəxsin xüsusi mülkiyyətdə olan evin yaşayış sahələrinə münasibətdə 30 kvadratmetrədək olan hissəsindən əmlak vergisi tutulmur. Yaşayış sahələrinin 30 kvadratmetrdən çox olan hissəsinin hər kvadratmetrinə Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir. Aztəminatlı ailələr üçün xüsusi güzəşt nəzərdə tutulmayıb.

Share: