Dövlət orqanları yaxın ərəfədə iki tədbir keçirib: Birini Şuşada, o birini Gəncədə..
Şuşada keçirilən tədbirdə jurnalistlərə lüks qulluq edildi. Təyyarə ilə aparıldı, bahalı oteldə ağırlandılar, yeyib-içmək də öz yerində.. Tədbirin təşkilatçılarından olan Hikmət Hacıyev onların biri kimi qonaqlar arasında idi..
Onlar nə etdilər? Yedilər, içdilər, dava saldılar. Dava salanlara isə gözün üstə qaşın var deyən olmadı. Amma hökümətin baş verən olaylara cavabı özünü çox gözlətmədi.. Məncə…
Sanki Mədəniyyət nazirliyi vasitəsilə mədəni olun ismarıcını verdi.
Balqabaqkimilər fəsiləsinə aid olan xiyarla..
Necə?
Hökümət ikinci tədbiri keçirdi; Yaylaq festivalı..
Yenə də “şikil çəkdirməyə gedənlər” dəvətlilərin ön sırasında idi. Bu dəfə lüks təyyarə ilə deyil sınıq-salxaq avtobusla. Nazirlikdən şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq üçün adam da yox idi. Tıxaca düşüb yeməyə də vaxtında çatmayıblar.
Təsəvvür edin ki, beş-altı gün əvvəl Cıdır düzündə yeyib, içib şellənibsən..Bir iki gün üstündən keçib, Hacıkəndə qonaq çağırıblar. Yol yorğunu, acından ölürsən, süfrə açılır; qamburger verirlər. Içini açırsan, içindən nə ət, nə sosiska çıxır.. Xiyar çıxır, yavan Xiyar..
Xiyar elə də pis bitki deyil, adı pisdir, bir də fəsiləsi- Balqabaqkimilər. Bir də ki, əyri olanını düzəldəndə sınır.
Xiyarın tərkibində qlükoza, fruktoza, nişasta, askorbin turşusu, qəhvə və fol turşuları, xlorofil, kalium, kalsium, fosfor, maqnezium, dəmir, natrium, xrom, xlor, kobalt, sirkonium, manqan, nikel, mis, sink, alüminium, gümüş və titan mövcuddur.
Yenə də deyirəm adı pisdir. Pisdir ki, birinin digərinə acığı tutanda deyir; ay Xiyar!
Jurnalistlər məsələni olduğu kimi çəkib paylaşdılar və narazılıqlarını bildirdilər. Nə fayda? Xiyar söhbəti ilə cavab onu göstərdi ki, özünüzü böyük saymayın, elə də böyük deyilsiniz, sizləri dövlət baba böyüdüb.
Talıb Əhədov
Yazıdakı şəkil tanınmış jurnalist Elşad Paşasoyun səhifəsindən götürülüb.