Ceyhun Bayramov Özbəkistana getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərinə yola düşüb.

Bu barədə Millətin Səsi.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfərdə məqsəd Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak etməkdir.

Share: