Ukrayna Kosovodakı sülhməramlılarını çıxarır

Ukrayna Kosovoda sülhməramlı missiyada iştirak edən hərbçilərini geri çağırmağa qərar verib.

Milletinsesi.az  “Report”a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, hazırda Kosovodakı sülhmrəamlı heyətin Ukraynaya qaytarılması istiqamətində tədbirlər görülür.

Xatırladaq ki, iyulun 31-də Kosovonun şimalında serblərlə toqquşmalar baş verib.

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo ordusunun ölkənin şimalında serblərə hücum edəcəyini iddia edib.

Share: