“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib”.
Milletinsesi .az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilovanın Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.
“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, – Z.Ədilova vurğulayıb.
Qeyd edək ki, bu gün C.Əsgərov “Facebook” hesabında səhhətilə bağlı narahatlıq doğuran paylaşımlar edib. Daha sonra həmin paylaşımları silib.