Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Gürcüstanın Xarici İşlər Nazirliyi avqustun 4-də Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatı pisləyib.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hadisə ilə əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək baş vermiş hadisəni pislədiklərini, Azərbaycanın yanında olduqlarını və tam dəstək verdiklərini açıqlayıb.

Xatırladaq ki, avqustun 4-də bir qrup radikal dini dəstə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.

Mənbə

Share: