BMT-nin tribunasından ABŞ, Fransa, Türkiyə prezidentlərinin çıxışı gözlənilir. Ukrayna prezidenti Vadimir Zelenski sentyabrın 21-də xitab edəcək. Putin Nyu-Yorka uçmayacaq…
Putin “Böyük iyirmilik” sammitində Lavrova qarşı sərgilənən təcriddən sonra BMT Baş Assambleyasında iştirak etməkdən vaz keçmək qərarına gəlib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov SİTA federal informasiya agentliyinə müsahibəsindən bəlli olub.
Dünən Vladimir Putin BMT Baş Assambleyasının 77- ci sessiyasında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Numayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Beləliklə, Putinin özü Nyu-Yorka uçmayacaq.
Peskov bəyan edib ki, Putin hətta virtual olaraq dünya liderlərinin görüşündə iştirak etməyi planlaşdırmır.
“Yox, səfər və çıxış planlaşdırılmır”, – o, belə deyib.
BMT Baş Assambleyasının 77-ci sessiyası sentyabrın 13-də açılacaq.
Yüksək səviyyəli həftəyə sentyabrın 20-də start veriləcək.
Bu həftədə yüksək vəzifəli siyasətçilərin, o cümlədən ABŞ, Türkiyə, Fransa prezidentlərinin çıxışları gözlənilir.
Sentyabrın 21-də BMT tribunasından Ukrayna prezidenti Vladimir Zelenski xitab edəcək.
Xatırladaq ki, iyulun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Böyük iyirmilik” ölkəkəri xarici işlər nazirlərinin İndoneziyanın Bali adasında keçirilən konfransını həmkarlarının onunla ikitərəfli görüşlər keçirməkdən və hətta birgə şəkil çəkdirməkdən imtina etdikdən sonra vaxtından əvvəl tərk edib.