Rusiyadan qanunsuz gətirilən ətir və siqaretlər aşkarlandı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postuna daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi VAZ-21041 markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milletinsesi.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin ön panelinin içində, yük yerinin gizli saxlanc hissəsində gömrük orqanından gizlədilən, üzərində “İncandessenc Avon” yazılan 37 ədəd ətir, 35 ədəd ətir üçün kataloq və üzərində “Marlboro” yazılan 600 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Share: