“Viktoriya”nın baş məşqçisi: “Qarabağ”la oynamaq istəməzdim

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) klubunun baş məşqçisi Mixal Bilek Ağdam klubu ilə oyunlar haqd danışıb.

Milletinsesi.az xəbər verir ki, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) üzərində qələbədən (2:1) sonra keçirilən mətbuat konfransında bildirib ki, pely-offda “Qarabağ”la yox, “Ferentsvaroş”la düşməyi istəyirmiş:

“Pley-offda “Qarabağ”la yox, “Ferentsvaroş”la qarşılaşmaq istərdim. “Qarabağ” haqda çox az məlumatım var. Budapeştdəki görüşə də heç kimi göndərməmişdik. “Qarabağ” Macarıstanda əla qələbə qazandı. Bu da necə yüksək səviyyədə komanda olmalarından xəbər verir. Bizi asan heç nə gözləmir. Yəqin ki, orada da hava çox istidir. Böyük hədəfə çatmağa iki oyun qalıb, sona qədər mübarizə aparacağıq. Çempionlar Liqasına düşmək bizim əsas məqsədimizdir”.

Mənbə

Share: