Rafinya Braziliya klubunda

Bir müddət əvvəl “Bavariya”dan ayrılan Rafinyanın yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, 33 yaşlı müdafiəçi “Flamenqo”ya transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Rafinya ilə imzalanan müqavilənin müddəti isə açıqlanmayıb.

Qeyd edək ki, braziliyalı futbolçu 2011-2019-cu illər aralığında “Bavariya”da çıxış edib.

Share: