“Yelo Bank” ASC-nin səhmlərinin 95,7%-nə nəzarət edən “Topaz Investments” MMC-nin payının 94,7%-lik hissəsi digər səhmdara – Marina Kulişovaya ötürülüb.
Milletinsesi.az Banka istinadən xəbər verir ki, bununla da, onun payı 4,2%-dən 98,9%-ə çatdırılıb.
Qalan 1%-lik hissəni isə “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov əldə edib. Bankın səhmlərinin 0,1%-i isə əvvəlki kimi “ISR Holdinq” MMC-yə məxsusdur.
M.Kulişova “Yelo Bank”ın Müşahidə Şurasının sədri, həm də “Topaz Investments”in direktorudur.
“Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır.