Türkiyə ilk zirehli pilotsuz gəmisinin kütləvi istehsalına başlayır

 

Türkiyənin “Ares” gəmiqayırma zavodu zirehli pilotsuz ULAQ gəmisinin kütləvi istehsalına başlayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə gəmiqayırma zavodunun sözçüsü Onur Yıldırım xəbər verib.

Onun sözlərinə görə, gəmi 12,7 mm-lik “Koralp” döyüş modulu ilə təchiz olunub. Gəmi atəş sınaqlarından yanvar ayında keçib.

ULAQ-ın üzmə məsafəsi 400 km, maksimal sürəti saatda 65 km-dir.

Pilotsuz gəmi peyk vasitəsilə idarə oluna bilər.

O, həm də avtonom şəkildə tapşırıqları yerinə yetirə bilir.

Mənbə

Share: