Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kq) V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub.
Milletinsesi.az xəbər verir ki, güləşçimiz həlledici görüşdə İran idmançısı Mahmud Rüstəmi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Ü.Qənizadə 8:9 hesabı ilə məğlub olub və turniri ikinci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.