Braziliya millisində növbəti itki

Braziliya millisi növbəti itki ilə üzləşib.

Qol.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Artur zədələnib. Hondurası məğlub etdikləri  (7:0) yoxlama matçında zədələnən futbolçu, yığmanın heyətindən çıxarılıb.

Braziliya millisində bir müddət əvvəl Neymar da zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı.

Qeyd edək ki, Braziliya yığması 15 iyun-7 iyul tarixlərində Amerika kuboku turnirində iştirak edəcək.

Share: