Paytaxtın Suraxanı rayonunda qətl törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, iyunun 7-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılıblar.