Böhrandan çıxmaq üçün növbədənkənar seçki olacaq

İraqda siyasi liderlər ölkənin düşdüyü hazırkı böhrandan çıxmaq üçün konstitusiya çərçivəsində növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barəd İraq Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 

İclasda İraq prezidenti Barhem Salih, Ali Məhkəmə Şurasının sədri Fayik Zeydan, Birləşmiş Millətlər Təşkilatının (BMT) İraq missiyasının nümayəndəsi Cenin Hennis-Plassçaert, şiə, sünni, kürd, türkmən və xristianların nümayəndələri iştirak edib. Baş nazir Mustafa Əl-Kazıminin sədrliyi ilə keçirilən görüş hökumət sarayında baş tutub.

 

Ölkədəki siyasi böhranın müzakirə edildiyi toplantıda şiələrin Sədr Hərəkatının nümayəndəsi iştirak etməyib.

 

Növbədənkənar seçkilərin yenidən keçirilə biləcəyi ilə bağlı razılığa gələn liderlər bu prosesin konstitusiyaya uyğun olmasını istəyiblər.

 

İraqda ən böyük kütləvi bazaya malik şiələrin dini və siyasi lideri Müqtəda əs-Sədr 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gəlsə də, hökuməti qura bilməyib.

 

Akif İsmayılov 

Mənbə

Share: