Laçın şəhərindəki neon işıqlı erməni xaçı da söküldü…-FOTOLAR

 

Laçın şəhəri ətrafındakı yüksəkliklərdən birində erməni işğalı dövründə qurulmuş neon işıqlı xaç qurğusu bu gün hayların özləri tərəfindən sökülüb.

Milletinsesi.az xəbər verir ki, bu haqda məlumat və fotolar sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Söküntü işləri ilə yanaşı, hay vandallar Laçın şəhəri və ətraf kəndlərdə evlərə və meşələrə od vurmaqda davam edirlər. Erməni mediası Zabux kəndində dünən artıq ikinci erməninin tərk etdiyi evi yandıması haqda məlumat və video-görüntü yayıb.

Təsdiqlənməmiş məlumatlara görə, haylar Laçın rayonunun hazırda Rusiya hərbi kontingentinin nəzarətində yerləşən Ağanus kəndi ətrafındakı meşələrə də od vurmağa başlayıb.

Sultan Laçın

Mənbə

Share: