Azərbaycan Ordusunun polkovnik-leytenantı dünyasını dəyişib.
Modern.az xəbər verir ki, Quru Qoşunlarının zabiti, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, S.Zülfüqarov İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan həyatını itirib.
Qeyd edək ki, polkovnik-leytenant Seymur Zülfüqarov Vətən Müharibəsinin iştirakçılarından biri olub.