Yuxarı Qarabağ kanalında bir nəfər batıb.
Bu barədə Millətin Səsi.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinaədn xəbər verir.
Nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.