Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu QHT rəhbərlərinə müraciət ünvanlayıb.
Modern.az xəbər verir ki. N.Cəfəroğlu məmurları vətəndaş hüquqlarını bilməməkdə ittiham edərək, QHT rəhbərlərini bu istiqamətdə layihələr həyata keçirməyə çağırıb.
“Vətəndaşlar öz hüquqlarını bilir, amma onların hüquqlarını tapdalayan məmur heç nə bilmir! Zənnimcə, bütün layihələri yönəldək bu sahəyə. Seminarlara İcra hakimiyyətləri və digər qurumlarda işləyən məmurları, polisləri, sosial təminat sahəsinin əməkdaşlarını çağıraq”.
Hüquq müdafiəçisi bildirib ki, həmin tədbirlərdə əxlaq davranışından tutmuş hər cür məsələni müzakirə etmək olar.
“Xalqı, dövləti qorumaq, milli şüuru formalaşdırmaq üçün bütün bəlaların qarşısını almalıyıq”, -deyə N.Cəfəroğlu QHT rəhbərlərindən təkliflər gözlədiyini qeyd edib.