Azərbaycanda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək

Avqustun 25-də Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı start götürəcək.

Cüdo federasiyasının baş katibi Rəşad Rəsullunun “Report”a verdiyi məlumata görə, sentyabrın 3-dək davam edəcək hazırlıq prosesinə böyüklər və gənclərdən ibarət Azərbaycan milli komandaları ilə yanaşı, əcnəbi ölkələrin yığmaları da qatılacaq.

Toplanışda Özbəkistan, İsrail, Niderland, Belçika, Polşa, Tacikistan yığmaları, həmçinin Rusiya klublarının şərəfini qoruyan tacikistanlı cüdoçular iştirak edəcəklər. Hazırlığa ümumilikdə 150-yə yaxın idmançının qatılacağı gözlənilir.

Rəsullu bildirib ki, özbəkistanlı cüdoçular 6 – 13 oktyabrda Daşkənddə keçiriləcək dünya çempionatına ciddi hazırlaşdıqlarından, Azərbaycandakı təlim-məşq toplanışına xüsusi önəm verirlər.

Mənbə

Share: