Rusiyalı ictimai xadim Aleksandr Duqin qızının ölümündən sonra xəstəxanaya yerləşdirilib.
Milletinsesi.az xəbər verir ki, bunu politoloq, Dövlət Dumasının keçmiş deputatı Sergey Markov Gazeta.Ru-ya müsahibəsində deyib.
O bildirib ki, Duqin xəstəxanaya aparılarkən huşu özündə olmayıb və qızının itkisi ona çox pis təsir edib.
Keçmiş deputat Duqinin təhlükəsizliyinin artırıldığını da bildirib.