Mirmahmud Mirəlioğunun səhhəti barədə açıqlama: “Komaya düşməyib”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlunun xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb. Bəzi iddialara görə, hətta M.Mirəlioğlu komaya düşüb.

Modern.az bildirir ki, KXCP rəsmisi Fikrət Cəfərli xəbərə aydınlıq gətirib.

“Mirmahmud Mirəlioğlunun səhhətində problem var. Amma yayılan məlumatlarda qeyd olunan kimi deyil, o, komaya düşməyib. 5-10 günlük müalicə ilə keçib gedən xəstəlikdir”, – F.Cəfərli deyib.

Mənbə

Share: