BMT-nin Baş katibi Antoniu Quterreşlə İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) yenidən bərpası yollarını müzakirə ediblər:
“BMT Baş katibinin mövqeyi ondan ibarətdir ki, bütün tərəflər sazişin bərpası üçün çalışırlar. Biz çox ümid edirik ki, bütün tərəfləri razılığa gələcəklər”.