Almaniya Ukraynaya Rusiya ərazisini vura bilən silahlar təqdim etməyəcək.
Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, hədəf Ukraynanın ərazi bütövlüyü və suverenliyi olaraq qalır.
“Prezident Bayden kifayət qədər dəqiq deyib ki, Rusiya ərazisinə atəş aça bilən silahlar tədarük edilməyəcək. Düşünürəm ki, mənim dəstəklədiyim bu prinsip yerdə qalanlar üçün də eyni olmalıdır. Məhz buna görə biz həmişə başqalarının nə etdiyinə baxırıq”, – Almaniya kansleri vurğulayıb.