FHN-nin texnikaları və şəxsi heyət Laçına göndərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 9 texnikası və 46 nəfər şəxsi heyəti Laçın rayonuna ezam olunub.

 

Modern.az xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bu gün keçirilən mətbuat konfransında məlumat verib. 

 

Nazir müavini qeyd edib ki, FHN əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.

Mənbə

Share: