Türkiyədə çalışan diplomatlar Qarabağa yollanır

Dünyanın müxtəlif ölkələrindən olan diplomatların Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsinə səfəri başlayır.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlər, diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri daxildirlər.

 

Səfər çərçivəsində Azərbaycanın Füzuli və Şuşa şəhərləri ziyarət ediləcək.

 

Yetmişdən çox nümayəndənin daxil olduğu heyət Türkiyənin Ankara vilayətinin Esenboğa Aeroportundan çarter reysi ilə Azərbaycanın Füzuli Beynəlxalq Hava Limanına doğru yola düşəcək.

 

Tarixdə ilk dəfə olaraq Esenboğa hava limanının uçuş ekranlarında AHY4038 saylı Ankara-Füzuli reysini göstərən yazı əks olunub. Bu tarixi hadisə iştirakçılar tərəfindən böyük sevinclə qarşılanıb.

 

Səfər iki gün davam edəcək.

Mənbə

Share: