Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın lokallaşdırılıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Yanğından Mühafizə Xidmətinin rəisi Qabil Nehmətov məlumat verilib.
O bildirib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb: “Hazırda 8204 ha meşə zolağından 5,5 ha yanıb. Yanğın zamanı əsasən Dəmirağacı, Palıd, Vələs və.s ağaclar yanıb. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır. Yanğın olan ərazi tam nəzarətə götürülüb”.
12.50
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
11.17
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, hazırda yanğınla mübarizə davam edir, söndürülmə işləri aparılır.
Xatırladaq ki, avqustun 25-də Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb edilib.