“Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, “qırmızı şeytan”lar IV turda “Sautgempton”un qonağı olub.

Qarşılaşma Mançester təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Qonaqların yeganə qolunu 55-ci dəqiqədə Brunu Fernandeş vurub.

Xallarının sayını 6-ya yüksəldən “Mançester Yunayted” hələlik 6-cı pillədə qərarlaşıb. Meydan sahibləri isə 3 xalla 13-cü sıradadır.

Mənbə

Share: