İrəvanda hindistanlı tələbə vəhşicəsinə öldürüldü 

Ermənistanın paytaxtı İrəvanda yerləşən tikinti materialları mağazasında Hindistan vətəndaşının meyiti aşkarlanıb.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın David Bek küçəsində qeydə alınıb.

 

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları başından çox sayda zərbə almış və yanında metal parçası olan gəncin meyitini aşkar edib.

 

Öldürülən şəxsin İrəvanda ali məktəblərdən birində təhsil alan hindistanlı tələbə olduğu bilinib.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Mənbə

Share: