Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyədən Pakistana yardım vasitələri göndərilib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda deyilir: “Güclü musson yağışlarının yaratdığı sel fəlakətində zərər görmüş pakistanlı qardaşlarımıza çatdırılacaq yardım vasitələrini aparan iki təyyarəmiz Ankaranın Etimesgut hava limanından hərəkət edib. Baş vermiş təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.
Qeyd edək ki, Türkiyədən Pakistana yardım vasitələrinin göndərilməsi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyası ilə baş tutub.