Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kiqboksinq üzrə peşəkar döyüşçü, K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədovu qəbul edib.
İcra Hakimiyyətindən Milletinsesi.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda idmanın inkişafı üçün atılan addımlardan söz açılıb, bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub.
N.Bayramov qeyd edib ki, Gəncə 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu daşıyır. İl ərzində şəhər müxtəlif yerli və beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcək. O həmçinin bildirib ki, Gəncədə böyük idman sarayının inşası davam etdirilir. İdman sarayı və ərtafında salınacaq idman şəhərciyi bu sahənin inkişafına böyük təkan olacaq.
Z.Səmədov Gəncədə idman sarayı və şəhərciyinin inşasını təqdirəlayiq hal kimi qiymətləndirib. Avropanın İdman Şəhəri seçilməsini isə Gəncənin uğuru hesab edib. Peşəkar döyüşçü Gəncədə idmanın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlardan danışıb. Söhbət bu mövzu ətrafında aparılan müzakirələrlə davam edib.