Kanada delfinlərə və balinalara “azadlıq verdi”

Kanada parlamenti ölkə ərazisində qapalı su hövzələrində, okeanariumlarda delfin və balinaların saxlanmasını qadağan edən qanun layihəsini qəbul edib.

Qanun layihəsi general-qubernator Jüli Peyettin təsdiqindən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bu layihə “Yaşıl partiya” lideri Elizabet Mey tərəfindən hələ 2015-ci ildə irəli sürülüb. Qərarın qəbul edildiyi günü isə o, ölkə heyvanları üçün gözəl gün adlandırıb.

Kanada ərazisində təxminən 50 delfin və balina hazırda Niaqara-Folls və Vankuver şəhərlərindəki okeanariumlarda saxlanılır./Trend

Share: