Zaqatalanın mürəkkəb relyefli dağlıq ərazisində baş verən yanğının söndürülməsi və geniş ərazilərə keçməməsi istiqamətində tədbirlər davam etdirilir.
Milletinsesi.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Nazirliyin Mətbuat katibi İradə İbrahimova bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:
“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətinin yanğınsöndürənləri, rayon icra hakimiyyətinin nümayəndələri və yerli kənd camaatı yanğının söndürülməsi üçün çalışırlar. Əraziyə 2 helikopter cəlb olunub”.