Qorxaq Xocalı qatili hayları  Azərbaycana qarşı “müqavimət hərəkat”ının mitinqinə çağırdı…

Ermənistanın sabiq terrorçu müdafiə naziri, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu “Hayastan” blokunun parlamentdəki fraksiyasının rəhbəri Seyran Ohanyan öz “Facebook” səhifəsində hayları sentyabrın 2-də İrəvanda keçiriləcək “müqavimət hərəkatı” aksiyasında iştiraka çağırıb.

Milletinsesi.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.

“Artsaxın yanında dayanaq. Biz birlikdə yenə də Artsaxı xilas edə və Azərbaycan qoşunlarını Ermənistan Respublikasının suveren ərazisindən çıxara, erməni xalqının döyüş ruhunu, təhlükəsizliyin və ləyaqətin əsaslarını bərpa edə biləcəyik”,- deyə Xocalı qatili çərənləyib.

Xatırladaq ki, 1992-ci ilin fevralında Rusiyanın Xankəndindəki 366-cı alayının batalyonlarından birinin komandiri olan Seyran Ohanyan Xocalıya hücum edərək dinc, silahsız azərbaycanlı uşaq, qadın və qocaların soyqırımında çəkinmədən iştirak edib. Lakin 2020-ci ilin noyabrında guya Şuşanın müdafiəsinə rəhbərlik etmək üçün Qarabağa gəlsə də, Azərbaycan ordusu ilə üzbəüz döyüşlərdən çəkinərək hərbçi oğlu ilə birgə qorxaqcasına aradan çıxıb…

Hazırda S.Ohanyan bir sıra digər erməni siyasi terrorçularıyla birgə Azərbaycan dövlətinin İnterpol vasitəsi ilə axtarışındadır…

Sultan Laçın

Mənbə

Share: