Norveçin “Equinor” neft-qaz şirkəti Rusiyadakı bütün layihələrini bağlayıb.
Modern.az xəbər verir ki, “Equinor” sentyabrın 2-də “Xara Yaxa” neft yatağındakı sövdələşmədən çıxdığını elan edib. Bununla da şirkət Rusiyadakı bütün layihə və aktivlərini bağlayıb.
Qeyd edək ki, cari ilin may ayında “Equinor” “Rostneft” ilə dörd müştərək müəssisəsindən ayrıldığını elan etmişdi.
Əvvəllər “Statoil” kimi tanınan Norveçin “Equinor” qrupu dünyanın 30 ölkəsində, o cümlədən Azərbaycanda təmsil olunur.