Xəzərin sahili təmizlənəcək – Yeni layihələr hazırlanır

“Xəzərsahili ərazilərdə yerləşən yaşayış məntəqələrindən dənizə axıdılan tullantı sularının təmizlənməsi və kənarlaşdırılması üçün yeni layihələr hazırlanır”.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda deyib.

 

O qeyd edib ki, layihələr “Azərsu”nun sifarişi ilə hazırlanır: “Təmizləmə layihələri Bakı və Abşeronun ətrafı ilə yanaşı, gələcəkdə bölgələrdə də həyata keçiriləcək. Artıq 24 qurğu istifadəyə hazır vəziyyətdədir, 4-ü isə yaxın günlərdə istifadəyə veriləcək”.

Mənbə

Share: