Ruslan Əliyev Qəbələ və Oğuzda vətəndaş qəbulu keçirəcək

Ruslan Əliyev Qəbələ və Oğuzda vətəndaş qəbulu keçirəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qəbələ rayonunda vətəndaş qəbulu keçirəcək.

 

Bu barədə Moderator.az-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilir ki, sentyabr 5-də saat 11:00-da Qəbələ şəhəri, Mədəniyyət Mərkəzində baş tutacaq görüş zamanı Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024- 22-4-02-62; 024-20-5-01-70) müraciət edə bilərlər.

 

Mənbə

Share: